Azərbaycanda zərgərlik məmulatları 25,3 faiz bahalaşıb

Azərbaycanda zərgərlik məmulatları

Son 1 ildə Azərbaycanda zərgərlik məmulatlarının qiymətində ciddi artım qeydə alınıb.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında zərgərlik məmulatlarının qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 125,3 faiz təşkil edib. Bu, qiymətlərin 25,3 faiz artması deməkdir.

Hesabat dövründə qeyri-qida malları üzrə ümumi qiymət artımı 3,7 faiz olub. Parçaların qiyməti 6 faiz, xalça və digər döşəmə örtüklərinin qiyməti 5,6 faiz, şüşə məmulatları və yemək qablarının qiyməti isə 5,9 faiz yüksəlib.

Bunun əksinə, minik avtomobillərinin qiyməti 1,8 faiz azalıb. Dərmanların qiymətində 0,1 faiz, ayaqqabıların qiymətində isə 0,2 faiz artım qeydə alınıb.

Qeyd edək ki, yanvar-sentyabr aylarında bütün istehlak malları və xidmətlər üzrə qiymət indeksi 105,7 faiz təşkil edib.