Bitcoin bu gün ucuzlaşsa da, 80 000 dollar ətrafındakı əsas tələb zonasından yuxarı mövqeyini qoruyub saxlayıb.
Saat 10:15-ə olan məlumata görə, ən böyük kriptovalyutanın qiyməti 1,25% azalaraq 80 841,9 dollar təşkil edib. Bu geriləmə son dövrdə satıcıların təzyiqinin artması fonunda baş verib.
“Lookonchain” platformasının məlumatına əsasən, blokçeyn göstəriciləri oktyabrın 1-dən etibarən yeni yaradılmış 40 kriptovalyuta cüzdanına “Wintermute” ticarət firmasından ümumi dəyəri 771,5 milyon dollar olan təxminən 9 458 BTC-nin köçürüldüyünü göstərir.
Bu əməliyyatlar iri kriptovalyuta sahibləri arasında əhəmiyyətli aktivliyə işarə edir. Bununla belə, bitcoinlərin bir cüzdandan digərinə köçürülməsi onların mütləq satın alındığını və ya uzunmüddətli saxlama məqsədilə əldə saxlanıldığını təsdiqləmir.
Beləliklə, bazar iştirakçılarının diqqəti bitkoinin 80 000 dollar səviyyəsini qoruyub saxlaya bilməsinə və iri həcmli kriptovalyuta köçürmələrinin mümkün təsirlərinə yönəlib.
MONETAR.AZ