Birjalarda qarğıdalı və düyü bahalaşıb, neft ucuzlaşıb

Birjalarda qarğıdalı və düyü bahalaşıb,

Əmtəə bazarlarında son saatlarda müxtəlif istiqamətlər üzrə dəyişikliklər qeydə alınıb. Kənd təsərrüfatı məhsulları arasında qarğıdalı və düyünün qiymətində artım müşahidə olunub.

Monetar.az xəbər verir ki,qarğıdalının qiyməti 2,84 faiz, düyünün qiyməti isə 2,69 faiz yüksəlib.

Eyni zamanda, kənd təsərrüfatı əmtəələri arasında qəhvənin qiyməti 2,14 faiz, palma yağının qiyməti isə 0,84 faiz azalıb.

Metallar bazarında da artım və azalmalar qeydə alınıb. Mis 1,32 faiz, polad armatur isə 0,52 faiz bahalaşıb. Bunun əksinə, alüminium ərintisinin qiyməti 1,01 faiz, qızılın qiyməti isə 0,74 faiz geriləyib.

Enerji bazarında isə daha kəskin ucuzlaşma müşahidə olunub. Böyük Britaniyada təbii qazın qiyməti 7,82 faiz, Avropada təbii qazın qiyməti 7,36 faiz düşüb.

Xam neftin qiyməti 4,57 faiz, Brent markalı neftin qiyməti isə 3,54 faiz azalıb. Enerji əmtəələri arasında artım göstərən məhsullardan biri metanol olub və onun qiyməti 1,6 faiz yüksəlib.