Qızıl 2025-ci ilin sonunda dünya üzrə rəsmi valyuta ehtiyatlarının strukturunda ABŞ xəzinə istiqrazlarını geridə qoyaraq ən böyük paya malik aktivə çevrilib.
Monetar.az xəbər verir ki, Avropa Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin sonunda qızılın dünya üzrə rəsmi ehtiyatlarda payı 27 faiz təşkil edib. ABŞ xəzinə istiqrazlarının payı isə 22 faiz olub.
Qızılın ehtiyatlardakı payının artmasında qiymət yüksəlişinin əsas amillərdən biri olduğu bildirilir.
Məlumata görə, Bretton-Vuds sistemi dövründə qızıl qlobal ehtiyatların təxminən 60 faizini təşkil edirdi. Sonrakı dövrdə mərkəzi bankların sahib olduğu qızılın miqdarı böyük dəyişiklik göstərməsə də, digər ehtiyat aktivlərinin həcmi daha sürətlə artıb.
Nəticədə qızılın ümumi ehtiyatlardakı payı uzun müddət əvvəlki səviyyəsindən xeyli aşağı olub.