Yuan 3,5 ildən sonra ilk dəfə bu səviyyəyə yüksəldi

Yuan 3,5 ildən sonra ilk dəfə

Çin yuanı ABŞ dollarına qarşı möhkəmlənərək 3,5 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.

Monetar.az xəbər verir ki, bazar ertəsi daxili ticarətdə yuanın məzənnəsi 1 dollar üçün 6,6957 yuana yüksəlib. Bu, 2023-cü il yanvarın 16-dan bəri ən yüksək göstəricidir.

Offşor yuan da Asiya ticarəti zamanı 0,03 faiz möhkəmlənərək 1 dollar üçün 6,6946 yuana çatıb.

Çin Xalq Bankı ticarət başlamazdan əvvəl yuan üçün gündəlik rəsmi məzənnə göstəricisini 1 dollar üçün 6,7487 yuan müəyyən edib. Bu, 2023-cü il fevralın 3-dən bəri ən yüksək göstəricidir.

Çində yuanın daxili bazar məzənnəsi müəyyən edilən rəsmi göstəricidən gün ərzində hər iki istiqamətdə maksimum 2 faiz kənara çıxa bilər.

Reuters qeyd edir ki, Çin Mərkəzi Bankı təxminən bir il ərzində yuanın gündəlik rəsmi məzənnəsini bazar gözləntilərindən aşağı səviyyədə müəyyən edib. Bu yanaşma yuanın sürətli möhkəmlənməsinin qarşısını almaq məqsədi kimi qiymətləndirilib.

Yuanın möhkəmlənməsi ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında gözlənilən görüş ərəfəsində baş verib.

Valyuta bazarında dolların əsas valyutalara qarşı məzənnəsini göstərən indeks isə demək olar ki, dəyişməyərək 100,23 bənd təşkil edib.