Dollar qarşısında valyutaların 5 illik sınağı – lirə ən çox itirib

Dollar qarşısında valyutaların 5 illik sınağı –

Son 5 ildə əsas dünya valyutalarının ABŞ dollarına qarşı məzənnəsində ciddi fərqlər yaranıb. İsveçrə frankı dollar qarşısında möhkəmlənsə də, Türkiyə lirəsi 82,4 faiz ucuzlaşıb.

Monetar.az xəbər verir ki,  son 5 ildə İsveçrə frankı ABŞ dollarına qarşı 12,4 faiz möhkəmlənib. Braziliya realı 2,5 faiz bahalaşıb.

Digər valyutaların əksəriyyəti isə dollar qarşısında dəyər itirib. Avstraliya dolları 2,6 faiz, avro 2,7 faiz, funt sterlinq 3,3 faiz, Çin yuanı 3,6 faiz ucuzlaşıb.

Kanada dollarının dəyəri 9,6 faiz, Hindistan rupisinin 23,4 faiz, Yaponiya yeninin isə 30,3 faiz azalıb.

Ən böyük geriləmə Türkiyə lirəsində qeydə alınıb. Lirə dollar qarşısında 82,4 faiz ucuzlaşıb.

Hindistan rupisinin məzənnəsi müqayisə dövründə 1 dollar üçün 73,46 rupidən 95,88 rupiyə yüksəlib. Bu, dolların rupi qarşısında bahalaşdığını göstərir.