Buğdanın qiyməti yenidən artmağa başlayıb

Buğdanın qiyməti yenidən

Buğdanın qiyməti  2 faiz artaraq buşel üçün 7,3 dollara yaxınlaşıb. 

Monetar.az xəbər verir ki,  bahalaşmaya ABŞ və Çin arasında ticarət danışıqlarında əldə olunan irəliləyiş və iki ölkənin liderləri arasında gözlənilən görüşlə bağlı müsbət gözləntilər təsir edib.

ABŞ Maliyyə naziri Skott Bessent və Çinin Baş nazir müavini He Lifengin rəhbərlik etdiyi nümayəndə heyətləri həftəsonu danışıqlar aparıblar. Bessent görüşləri “çox uğurlu”, Lifeng isə danışıqları “yaxşı atmosferdə” keçən görüş kimi qiymətləndirib.

ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin sentyabrın 24-də ABŞ-da görüşəcəklər. Bazar iştirakçıları görüş zamanı Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarının əlavə alışları ilə bağlı yeni öhdəlik götürüb-götürməyəcəyini izləyirlər.

ABŞ administrasiyası Çinin ən azı 17 milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsulları alacağı barədə öhdəlik götürdüyünü bildirib. Bundan əlavə, Çin hər il 25 milyon ton ABŞ soyası almaq barədə ayrıca öhdəlik götürüb.

Bu səbəbdən əlavə alışlarla bağlı yeni razılaşmaların buğda da daxil olmaqla digər kənd təsərrüfatı məhsullarına yönələ biləcəyi gözlənilir.