Dünya bazarında kakao 6 % ucuzlaşdı, gümüş 4 % bahalaşdı

Dünya bazarında kakao 6 % ucuzlaşdı,

Dünya əmtəə bazarlarında müxtəlif məhsulların qiymətlərində kəskin dəyişikliklər qeydə alınıb. 

Monetar.az xəbər verir ki, “ kənd təsərrüfatı əmtəələri arasında ən böyük ucuzlaşma kakaoda qeydə alınıb. Kakao 6 faiz, şəkər isə 3 faiz ucuzlaşıb.

Eyni kateqoriyada ən çox bahalaşan məhsullar yulaf, kərə yağı və kanola olub. Yulafın qiyməti 3,19 faiz, kərə yağı 1,76 faiz, kanola isə 0,92 faiz artıb.

Metal bazarında isə əsas artım gümüş, qızıl və misdə müşahidə olunub. Gümüş 3,75 faiz, qızıl 2,27 faiz, mis isə 2,01 faiz bahalaşıb. Polad armaturun qiyməti isə 0,70 faiz azalıb.

Enerji əmtəələri arasında ən böyük ucuzlaşma istilik yağında qeydə alınıb. Onun qiyməti 2,80 faiz geriləyib. Almaniyada təbii qaz 2,17 faiz, metanol 1,95 faiz, Brent markalı neft 1,32 faiz, xam neft isə 0,71 faiz ucuzlaşıb.