Dünya əmtəə bazarlarında qiymətlər müxtəlif istiqamətlərdə dəyişib. Təbii qazın qiyməti Avropada 3%, Almaniyada isə 4,59% artıb. Neft bahalaşdığı halda, qızıl, gümüş, qəhvə, kakao və buğda ucuzlaşıb.
Monetar.az xəbər verir ki, enerji bazarında ən yüksək artım Almaniyada təbii qazın qiymətində qeydə alınıb. Bu göstərici 4,59% yüksəlib. Böyük Britaniyada təbii qaz 4,01%, Avropada isə 3% bahalaşıb.
Neft bazarında da artım müşahidə olunub. ABŞ xam neftinin qiyməti 2,98%, “Brent” markalı neftin qiyməti isə 1,35% yüksəlib. Metanolun qiyməti isə 1,63% azalıb.
Qiymətli metallar bazarında gümüş 1,72%, qızıl isə 0,68% ucuzlaşıb. Əksinə, dəmir filizinin qiyməti 1,2%, litium karbonatın qiyməti isə 0,7% artıb.
Kənd təsərrüfatı məhsulları arasında ən böyük ucuzlaşma qəhvədə qeydə alınıb. Onun qiyməti 2,52% azalıb. Kakao 2,06%, buğda isə 1,77% ucuzlaşıb.
Bunun əksinə, şəkərin qiyməti 0,83%, düyünün qiyməti isə 0,67% artıb.