Bu gün Asiya ticarət sessiyasında neft qiymətləri ucuzlaşıb. İnvestorlar Yaxın Şərqdəki münaqişənin qarşısını almağa yönəlmiş yeni diplomatik səyləri qiymətləndirirlər. Bununla belə, ABŞ-ın İrana qarşı mümkün yeni hərbi zərbələri və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarla bağlı narahatlıqlar qiymətləri son altı ayın maksimumlarına yaxın səviyyədə saxlayır.
Bakı vaxtı ilə saat 04:18-ə olan məlumata görə, dekabr tədarüklü “Brent” markalı neftin fyuçersləri 0,8% ucuzlaşaraq bir barel üçün 114,41 dollara enib. “West Texas Intermediate” (WTI) markalı neftin fyuçerslərinin qiyməti də 0,8% azalaraq 101,99 dollar təşkil edib.
Yəməndəki İranla əlaqəli husilər hərəkatı Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavoduna hücum etdiyini bəyan etdikdən sonra hər iki neft müqaviləsi əvvəlki ticarət sessiyasında bahalaşmışdı.
Yaxın Şərqdə gərginliyin davam etməsi enerji infrastrukturunun təhlükəsizliyi və mümkün təchizat fasilələri ilə bağlı narahatlıqları artırır. Diplomatik səylər qiymətlərə müəyyən təzyiq göstərsə də, regionda yeni hərbi eskalasiya ehtimalı neft bazarında riskləri yüksək səviyyədə saxlayır.
MONETAR.AZ