Bugün səhər Niderland-da təbii qazın etalon qiymətləri eniş göstərib. Buna Donald Truampın Iran ilə ABŞ arasında sülh danışıqlarının yenidən başlaya biləcəyi barədə açıqlamaları və havaların mülayimləşməsi səbəb olub.
Niderlanddakı TTF birjasında gələn ay üçün qaz fyuçersləri 0,995 avro ucuzlaşaraq 42,13 avro/MVt-saata düşüb ki, bu da gün ərzində 2,9% azalma deməkdir.
Tramp bildirib ki, keçən həftə sonu nəticəsiz başa çatan danışıqlardan sonra bu həftə yenidən Tehranla danışıqların bərpa olunması mümkündür.
MONETAR.AZ