Qızıl son 8 ayın minimumuna enib

Qızıl son 8 ayın

Əmtəə birjalarında qiymətli metalların kəskin ucuzlaşması dalğası yaşanır. Çərşənbə axşamı günü qızılın qiyməti son 8 ayın ən aşağı səviyyəsinə enərək ardıcıl dördüncü ayı da itki ilə bağlamağa hazırlaşır.

Bu kəskin enişə əsas səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı və bu il ən azı bir dəfə də artıracağı ilə bağlı narahatlıqların güclənməsidir. Qiymətli metal rəsmi olaraq 2008-ci il qlobal maliyyə böhranından bəri ən pis aylıq performansını göstərib.

Spot qızılın qiyməti Bakı vaxtı ilə saat 01:47-yə olan məlumata görə 1,3% azalaraq bir unsiya üçün 3 965,51 dollara düşüb. Qızıl fyuçersləri isə 1,5% ucuzlaşaraq bir unsiya üçün 3 975,92 dollar təşkil edib. Spot qiymətlər ötən ilin noyabr ayının əvvəlindən bəri ən aşağı səviyyəyə enib.

Süni intellekt sənayesinin dünya üzrə yarımkeçirici (çip) ehtiyatlarını sürətlə qoparması təchizat qıtlığı yaradıb. Keçən həftə Apple Inc. və bir neçə elektronika istehsalçısı çip xərclərinin artması səbəbindən cihazların qiymətlərini qaldırdı. Bu "AI inflyasiyası" qlobal qiymətlərin bu il də yüksək qalacağı gözləntisini artırıb.

İnflyasiya riskləri fonunda FED-in iyun iclasında səslənən sərt bəyanatlar və tənzimləyici nümayəndələrinin çıxışları investorları ABŞ-ın bu il ən azı bir dəfə də faiz artıracağına inandırdı. Bu, qlobal bazarda ABŞ dollarını digər valyutalar və qızıl qarşısında kəskin möhkəmləndirdi.

ABŞ ilə İran arasında imzalanan sülh sazişi son həftələr enerji daşıyıcılarının qiymətlərini müəyyən qədər gerilətdi və qızılın sığınacaq aktiv (safe-haven) kimi cəlbediciliyini zəiflətdi. Həftəsonu Yaxın Şərqdə gərginliyin yenidən artmasına rəğmən, bazarda hələlik kəskin neft şoku yaşanmayıb.

Faiz dərəcələrinin uzun müddət yüksək qalması və ya daha da artırılması qızıl və gəlir gətirməyən (divident/faiz ödəməyən) digər aktivlərə birbaşa zərbə vurur. Yüksək faizlər investorları qızıl saxlamaq əvəzinə, yüksək gəlirli ABŞ dövlət istiqrazlarına (Treasuries) yönəlməyə məcbur edir.

MONETAR.AZ