Qlobal neft bazarı ABŞ Prezidenti Donald Trampın İranla bağlı verdiyi son ziddiyyətli bəyanatların ardınca yenidən yüksəlişə keçib. Bugün Asiya ticarət sessiyasının əvvəlində qara qızılın qiyməti nəzərəçarpacaq dərəcədə bahalaşıb. Buna əsas səbəb Trampın Tehran rəhbərliyinin təklif olunan sülh şərtləri ilə razılaşmayacağı təqdirdə Vaşinqtonun hərbi zərbə variantına əl atmağa tam hazır olduğunu açıqlamasıdır.
Bununla belə, ABŞ lideri dərhal hərbi əməliyyatlara başlamaq niyyətində olmadığını, diplomatik danışıqlar üçün hələlik gözləmə mövqeyi tutduğunu və Tehrandakı rəsmilərlə müəyyən irəliləyişlərin əldə edildiyini də əlavə edib. Trampın həm "sülh qapısını" açıq saxlaması, həm də eyni mətndə hərbi hədə dilindən istifadə etməsi birjalarda tədarük riskləri ilə bağlı narahatlığı artırıb.