İki ticarət sessiyası davam edən enişdən sonra bu gün qlobal bazarlarda neftin qiyməti yenidən yüksəlib.
Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, dekabr ayı üzrə Brent markalı neft fyuçersləri 1,5 faiz bahalaşaraq bir barel üçün 115,54 dollara çatıb.
ABŞ-ın WTI markalı neft fyuçerslərinin qiyməti də 1,5 faiz artaraq bir barel üçün 101,39 dollar təşkil edib.
Ötən həftə münaqişənin kəskinləşməsi və Hörmüz boğazında tədarük risklərinin artması fonunda neftin qiyməti son altı ayın ən yüksək səviyyəsinə qalxaraq bir barel üçün 117 dolları ötmüşdü. İki günlük enişdən sonra hərbi gərginliyin yenidən artması bazarda qiymətləri yuxarı istiqamətləndirib.
Yaxın Şərqdəki gərginlik və geosiyasi təzyiqlər qlobal enerji bazarlarına təsir göstərməkdə davam edir. Hərbi eskalasiya neft bazarında qiymət artımını dəstəkləyən əsas amillərdən biri olaraq qalır. Tədarük marşrutları ilə bağlı risklərin davam etməsi enerji qiymətlərinin sonrakı dinamikasına təsir göstərə bilər.
MONETAR.AZ