2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.
Monetar.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nın 2026-cı il üzrə oktyabr sayında bildirilib.
İcmala əsasən, 2026-cı ilin sentyabr ayında qeyri-neft ixracı illik müqayisədə 50,2% artaraq 372,8 milyon ABŞ dollarına yüksəlib.
Hesabat dövründə yeyinti məhsullarının ixracı 17,2% artaraq 78,8 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 47,8% artaraq 267,5 milyon dollar təşkil edib.