ABŞ Səudiyyə Ərəbistanına 24,3 milyard dollarlıq F-35 satışını təsdiqləyib

ABŞ Səudiyyə Ərəbistanına 24,3 milyard dollarlıq

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri 24,3 milyard dollar olan “Lockheed Martin Corp” istehsalı F-35 “Lightning II Joint Strike Fighter” qırıcılarının potensial satışına razılıq verib.

Dövlət Departamentinin məlumatına görə, mümkün sövdələşmə çərçivəsində Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının, həmçinin “Pratt & Whitney” şirkətinin istehsalı olan 49 mühərrikin tədarükü nəzərdə tutulur. Paketə rabitə sistemləri, ehtiyat hissələri və digər yardımçı komponentlər də daxildir.

Satışla bağlı qərar Səudiyyə Ərəbistanının Yaxın Şərqdə davam edən münaqişə fonunda regiondakı hərbi proseslərə daha fəal şəkildə cəlb olunduğu bir vaxtda açıqlanıb.

ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanan bildirişdə qeyd olunub ki, təklif edilən hərbi texnikanın və bununla bağlı dəstəyin Səudiyyə Ərəbistanına satışı regionda mövcud hərbi balansı dəyişdirməyəcək.

Bununla belə, söhbət hazırda yekunlaşmış satışdan deyil, potensial satışın ABŞ tərəfindən təsdiqlənməsindən gedir. Təklif olunan paket qırıcılarla yanaşı, onların istismarı üçün zəruri mühərrik, avadanlıq və texniki dəstək komponentlərini də əhatə edir.

MONETAR.AZ