“Sumqayıt Toxucu” ASC səhmdarlarını ümumi yığıncağa çağırır

“Sumqayıt Toxucu” ASC səhmdarlarını

“Sumqayıt Toxucu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağının keçiriləcəyi tarix açıqlanıb.

Monetar.az xəbər verir ki, səhmdarların növbəti illik ümumi yığıncağı 6 noyabr 2026-cı il saat 10:00-da cəmiyyətin inzibati binasında keçiriləcək.

Yığıncağın gündəliyinə 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatın müzakirəsi və təsdiqi, mənfəət və zərərlərin bölüşdürülməsi, idarəetmə orqanlarının yenidən formalaşdırılması və digər məsələlər daxil edilib.

Səhmdarlar yığıncaqda müzakirəyə çıxarılacaq məsələlərlə bağlı sənədlərlə həftənin iş günləri cəmiyyətə müraciət etməklə tanış ola bilərlər.