Ağdaş Rayon İcra Hakimiyyəti şəhər ərazisində ünvan və küçə adları lövhələrinin hazırlanması və quraşdırılması işlərinin satınalınmasına başlayıb. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, bununla bağlı elan olunmuş müsabiqənin ehtimal olunan dəyəri 170 min 168,69 manat təşkil edir.
Müsabiqə çərçivəsində Ağdaş şəhərində ümumilikdə minlərlə küçə və ünvan göstəricisinin hazırlanaraq quraşdırılması nəzərdə tutulur.
Layihəyə əsasən:
-
1 026 ədəd küçə adı lövhəsi hazırlanaraq quraşdırılacaq;
-
8 241 ədəd ev nömrəsi lövhəsi hazırlanaraq quraşdırılacaq;
-
1 ədəd park informasiya lövhəsi quraşdırılacaq;
-
1 ədəd ümumi informasiya lövhəsi hazırlanacaq;
-
7 ədəd küçə istiqamət nişanı quraşdırılacaq.
Satınalmanı həyata keçirən qurum Ağdaş Rayon İcra Hakimiyyətidir.
Müsabiqə üzrə təkliflərin qəbulu 24 iyun 2026-cı il saat 18:00-da başa çatacaq. Zərflərin açılışı da həmin tarix və saatda həyata keçiriləcək.
MONETAR.AZ