“Aqrarkredit”in daşınmaz əmlakları hərraca çıxarılır

“Aqrarkredit”in daşınmaz əmlakları

 “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan bir sıra daşınmaz əmlaklar hərrac vasitəsilə satışa çıxarılır.

Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərraclar 2 iyun 2026-cı il tarixində Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Saat 11:00-da keçiriləcək hərracda ümumilikdə üç qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Əmlaklardan ikisi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksindəki avtodayanacaqlar, digəri isə Bakı şəhərinin Xətai rayonunda yerləşən yeraltı dayanacaqdır. Bu əmlakların start qiymətləri 570 min manatdan başlayaraq 1 milyon 190 min manata qədər dəyişir.

Saat 12:00-da keçiriləcək növbəti hərracda isə Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evi satışa çıxarılacaq. Torpaq sahəsi ilə birlikdə təqdim olunan əmlakın start qiyməti 750 min manat müəyyən edilib.

MONETAR.AZ