Dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələri gömrük hərracına çıxarılır

Dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələri

Dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin satışı üzrə növbəti gömrük hərracı keçiriləcək.

Hərrac 2 iyun 2026-cı il tarixində saat 11:30-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında təşkil olunacaq.

Hərraca ümumilikdə 4 nəqliyyat vasitəsi çıxarılır. Satışa təqdim olunan əmlaklar arasında “MAN” markalı yük avtomobili, “Lincoln Aviator”, “Daewoo Nexia” və “VAZ 21063” markalı minik avtomobilləri yer alır.

Nəqliyyat vasitələrinin ilkin satış qiymətləri 1 000 manatdan 10 000 manatadək dəyişir. Ən yüksək start qiyməti “MAN” markalı yük nəqliyyat vasitəsi üçün müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər əmlakın ilkin satış qiymətinin 5 faizi həcmində beh və 0,5 faiz iştirak haqqı ödəməlidirlər.

Qeyd edək ki, qüvvədə olan qaydalara əsasən gömrük orqanlarının, Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların əməkdaşları və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları və nəqliyyat vasitələrini birbaşa və ya dolayı yolla əldə edə bilməzlər.

MONETAR.AZ