20 avqust 2026-cı il tarixində “Aqrarkredit” QSC BOKT-un balansında olan 8 qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq. Monetar.az xəbər verir ki, hərrac saat 11:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Əmlakların hamısı Bakı şəhərinin Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində yerləşir. Sahələr 169,3 kvadratmetrdən 396,7 kvadratmetrədək dəyişir.
Hərraca çıxarılan əmlaklar üzrə start qiymətləri 253 min 950 manatdan 587 min manatadəkdir. Ən yüksək start qiyməti 396,7 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi üçün müəyyən edilib.