Avropa İttifaqında beynəlxalq turistlərin otellərdə və digər turizm obyektlərində keçirdiyi gecələmələrin sayına görə İspaniya birinci yerdədir. Ölkədə beynəlxalq qonaqlar tərəfindən 322,2 milyon gecələmə qeydə alınıb.
İtaliya 253,9 milyon gecələmə ilə ikinci, Fransa isə 140,6 milyon ilə üçüncü yerdə qərarlaşıb. Yunanıstanda bu göstərici 128,2 milyon, Avstriyada 94 milyon olub.
Xorvatiya və Almaniyada beynəlxalq turistlərin gecələmələrinin sayı müvafiq olaraq 84,96 milyon və 84,79 milyon təşkil edib. Niderlandda 61,4 milyon, Portuqaliyada 59,7 milyon, Çexiyada isə 54,3 milyon gecələmə qeydə alınıb.
İrlandiyada turistlərin gecələmələrinin sayı 24,35 milyon, Belçikada 22,28 milyon, Polşada 18,39 milyon, İsveçdə isə 17,17 milyon olub.
Daha aşağı göstəricilərə Kipr (16,56 milyon), Danimarka (15,81 milyon), Macarıstan (15,22 milyon) və Bolqarıstan (15,06 milyon) malikdir.
Sloveniyada 12,34 milyon, Maltada 10,61 milyon, Finlandiyada 6,37 milyon, Rumıniyada 4,94 milyon, Slovakiyada 4,90 milyon gecələmə qeydə alınıb.
Reytinqin sonunda Estoniya 3,67 milyon, Lüksemburq 3,23 milyon, Litva 3,10 milyon və Latviya 2,84 milyon gecələmə ilə yer alır.
MONETAR.AZ