Cənubi Koreyada "Hyundai Motor" şirkətinin həmkarlar ittifaqı rəhbərliklə əməkhaqqı üzrə danışıqların nəticəsiz qalmasından sonra beş günlük tətil aksiyasına başlayacağını açıqlayıb.
Həmkarlar ittifaqının bu gün yaydığı bəyanata əsasən, əmək aksiyaları avqustun 19-u, 20-si, 24-ü və 25-də qismən tətil formatında keçiriləcək. Avqustun 21-də isə şirkət əməkdaşlarının birgünlük tam tətilə çıxması planlaşdırılır.
Tətil qərarı "Hyundai Motor" rəhbərliyi ilə həmkarlar ittifaqı arasında əməkhaqqı və işçilərin əməyinin ödənilməsi şərtləri ilə bağlı aparılan danışıqlarda razılığın əldə olunmamasından sonra qəbul edilib.
Planlaşdırılan aksiyaların şirkətin istehsal fəaliyyətinə təsir göstərə biləcəyi gözlənilir. Xüsusilə bir günlük tam tətil istehsal xətlərinin fəaliyyətində daha ciddi fasilələr yarada bilər.
Tərəflər arasında danışıqların yenidən davam etdirilib-etdirilməyəcəyi və tətil aksiyalarının tam miqyasda həyata keçirilib-keçirilməyəcəyi isə qarşıdakı günlərdə müəyyənləşəcək.
MONETAR.AZ