Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim təşkil edib.
Təlim zamanı DİM-in Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli iştirakçılara liderlik və menecment anlayışları, bu anlayışlar arasındakı əsas fərqlər, qərar qəbuletmə prosesində məsuliyyət, həmçinin idarəetmə fəaliyyətində etik və hüquqi prinsiplərin rolu barədə ətraflı məlumat verib.
İştirakçılar beş əsas liderlik modeli və onların müxtəlif idarəetmə situasiyalarında tətbiqi xüsusiyyətləri ilə tanış olub, öz liderlik üslublarını müəyyənləşdirməyə yönəlmiş praktiki tapşırıqlar yerinə yetiriblər.
Təlim çərçivəsində tapşırıqların düzgün prioritetləşdirilməsi, vaxtın səmərəli idarə olunması, effektiv ünsiyyət, konfliktlərin idarə edilməsi və emosional zəkanın idarəetmədə tətbiqi məsələləri də müzakirə olunub.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.