2026-cı ilin sonunda Azərbaycanın dövlət büdcəsinin kəsirinin 1 milyard 497,6 milyon manat təşkil edəcəyi gözlənilir. Monetar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışında bildirilib.
Büdcə kəsirinin maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, Vahid Xəzinə Hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcək.
Gözlənilən büdcə kəsirinin ilin sonuna proqnozlaşdırılan ümumi daxili məhsula nisbəti 1,1 faiz təşkil edəcək.
Bununla yanaşı, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2026-cı ilin sonunda 17,5 faiz olacağı gözlənilir.
Bu göstərici üzrə ilkin proqnoz 18,8 faiz səviyyəsində müəyyən edilmişdi.