19 əmlak bir gündə hərracda: “Aqrarkredit”dən milyonluq satış

19 əmlak bir gündə hərracda:

Bu gün “Aqrarkredit”  BOKT-un balansında olan 19 qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq.

Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərraca çıxarılan əmlakların 15-i Bakı şəhərinin Xətai rayonunda, Xudu Məmmədov küçəsi və ətrafında, 4-ü isə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yerləşir.

 Əmlakların sahəsi 20 kvadratmetrdən 1 560 kvadratmetrədək dəyişir. Start qiymətləri isə 44 min manatdan 864 min manatadək müəyyən edilib.

 Ən yüksək start qiyməti Xətai rayonunda yerləşən 360 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi üçün müəyyənləşdirilib. Ən böyük sahəyə malik əmlak isə 1 560 kvadratmetrdir və onun start qiyməti 414 min manatdır.