Qızıl ehtiyatlarına görə ölkələr: ABŞ və Almaniya liderdir

Qızıl ehtiyatlarına görə ölkələr:

Dünyanın bir çox ölkəsi qızılı valyuta ehtiyatlarının mühüm hissəsi kimi saxlayır. Lakin qızılın ümumi ehtiyatlardakı payı ölkələr üzrə ciddi şəkildə fərqlənir.

2025-ci ilin dekabr məlumatlarına əsasən, ABŞ və Almaniya mərkəzi bank ehtiyatlarında qızılın payına görə ilk sıralardadır. ABŞ-da qızıl ehtiyatların 82,4%-ni, Almaniyada isə 82,2%-ni təşkil edir.

  • ABŞ - 8 133 ton, ehtiyatların 82,4%-i

  • Almaniya - 3 350 ton, 82,2%

  • Fransa - 2 437 ton, 79,9%

  • İtaliya - 2 452 ton, 79,3%

  • Niderland - 612 ton, 72,9%

  • Türkiyə - 614 ton, 54,6%

  • Hindistan - 880 ton, 17,7%

  • Çin - 2 306 ton, 8,6%

  • Yaponiya - 846 ton, 8,7%

  • Kanada- 0 ton, 0%

Çin çox qızıl saxlayır, amma payı azdır

Çin 2 306 ton qızıl ehtiyatı ilə siyahıda dördüncü yerdədir. Buna baxmayaraq, qızıl ölkənin ümumi ehtiyatlarının yalnız 8,6%-ni təşkil edir.

Bu onu göstərir ki, ölkənin qızıl ehtiyatının həcmi ilə yanaşı, qızılın ümumi valyuta ehtiyatlarındakı payı da mühüm göstəricidir.

Kanada qızıl ölkəsidir, amma ehtiyatında 1 qram da yoxdur

Kanadanın mərkəzi bankının rəsmi qızıl ehtiyatı yoxdur. Maraqlısı odur ki, Kanada dünyanın böyük qızıl istehsalçılarından biridir.

Ölkə son qızıl ehtiyatlarını 2016-cı ildə satıb və ehtiyatlarını daha çox xarici dövlət istiqrazları və digər maliyyə aktivlərində saxlamağa üstünlük verib.

MONETAR.AZ