Braziliya iqtisadiyyatında zəifləmə xidmət və istehsal sektorlarını əhatə edib.
Monetar.az xəbər verir ki, ölkədə özəl sektorun fəaliyyətini ölçən S&P Global Composite PMI indeksi oktyabrda 44,4 bəndə düşüb. Sentyabrda bu göstərici 47,4 bənd təşkil edib.
Bu, son 6 ildən artıq müddətdə qeydə alınan ən aşağı göstəricidir. Yeni sifarişlərin həcmi də 2020-ci ilin ortalarından bəri ən sürətli azalma tempini göstərib.
Tələbatın zəifləməsi müəssisələrin işçi sayını azaltmasına da səbəb olub.