Dövlət qurumlarına məxsus 12 nəqliyyat vasitəsi hərraca çıxarılır

Dövlət qurumlarına məxsus 12 nəqliyyat vasitəsi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 iyun 2026-cı il tarixində saat 10:00-da nəqliyyat vasitələrinin satışı üzrə hərrac keçiriləcək.

Hərraca müxtəlif dövlət qurumlarının balansında olan 12 nəqliyyat vasitəsi çıxarılacaq. Satışa təqdim edilən avtomobillər arasında VAZ, Citroen, Hyundai, Land Rover, Range Rover, Nissan, Chevrolet, Toyota və Isuzu markalı nəqliyyat vasitələri yer alır.

Hərraca çıxarılan avtomobillərin start qiymətləri 3 min manatdan başlayaraq 28 min manata qədər dəyişir. Ən yüksək start qiyməti 2013-cü il istehsalı olan “Range Rover Vogue” markalı avtomobil üçün müəyyən edilib. Ən aşağı qiymət isə 2005-ci il istehsalı VAZ 21104 markalı minik avtomobilinə təyin olunub.

Satışa çıxarılan nəqliyyat vasitələri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Xızı Rayon İcra Hakimiyyəti və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin balansında olub.

MONETAR.AZ