İnvestorların ən çox güvəndiyi ölkələr

İnvestorların ən çox

2026-cı il üzrə beynəlxalq investisiya mühitinə dair yeni hesabat dünya üzrə birbaşa xarici investisiya (FDI) axınlarında ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. Məlumata əsasən, ABŞ investisiya cəlbediciliyi üzrə lider mövqeyini qoruyub saxlayır. Kanada isə son illərdə qeydə alınan artım tendensiyasını davam etdirərək ikinci yerə yüksəlib və Çini geridə qoyub. Yaponiya da reytinqdə mövqeyini gücləndirərək üçüncü pilləyə çıxıb.

Hesabata görə, qlobal investisiya reytinqində aşağıdakı mənzərə formalaşıb:

  1. ABŞ
  2. Kanada
  3. Yaponiya
  4. Çin
  5. Almaniya

Ekspertlər bu dəyişiklikləri qlobal iqtisadi güc balansında baş verən yenidənqurma prosesləri ilə izah edirlər.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də investisiya cəlbediciliyini artıraraq qlobal xəritədə mövqelərini gücləndirir. Bu ölkələr süni intellekt, logistika və sənaye diversifikasiyası kimi sahələrə iri həcmli sərmayələr yönəldir.

Nəticədə Səudiyyə Ərəbistanı ilk dəfə olaraq dünyanın ən cəlbedici 10 investisiya ölkəsi sırasına daxil olub.

Kanadanın ikinci yerə yüksəlməsində siyasi sabitlik, təbii resurs potensialı, eləcə də texnologiya və süni intellekt sektoruna yatırımların artması əsas amillər kimi göstərilir. 2025-ci ilin ilk yarısında ölkədə yüzlərlə yeni investisiya layihəsi qeydə alınıb.

MONETAR.AZ