“Kaspian Speşialst Servises”-in mənfəəti azalıb, kredit öhdəlikləri artıb

“Kaspian Speşialst Servises”-in mənfəəti azalıb,

“Kaspian Speşialst Servises” QSC-nin 2025-ci il üzrə maliyyə hesabatına əsasən, şirkətin aktivləri və kapitalı artsa da, gəlirlərdə və xalis mənfəətdə azalma qeydə alınıb.

Hesabata görə, şirkətin 2025-ci ilin sonuna cəmi aktivləri 9,74 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 8,82 milyon manatla müqayisədə artıb. Artım əsasən kapitallaşdırma üçün aktivlərin yüksəlməsi ilə bağlı olub. Belə ki, bu aktivlər 5 milyon manatdan 6 milyon manata çatıb.

Şirkətin uzunmüddətli aktivləri 6,9 milyon manat, qısamüddətli aktivləri isə 2,8 milyon manat olub. Pul vəsaitləri isə əvvəlki illə müqayisədə azalıb. Hesabat dövrünün sonunda şirkətin pul vəsaitləri 303 min manatdan 230,6 min manata düşüb.

Maliyyə göstəricilərində əsas diqqət çəkən məqamlardan biri gəlirlərin azalmasıdır. Satışdan əldə olunan gəlirlər 2024-cü ildəki 3,36 milyon manatdan 2025-ci ildə 2,74 milyon manata enib.

Nəticədə əməliyyat mənfəəti 1,47 milyon manatdan 1,11 milyon manata, xalis mənfəət isə 1,17 milyon manatdan 894,6 min manata azalıb. Şirkət 2025-ci ili mənfəətlə başa vursa da, əvvəlki illə müqayisədə mənfəət təxminən 24 faiz aşağı düşüb.

Şirkətin öhdəlikləri də artıb. 2024-cü ilin sonunda 952,8 min manat olan ümumi öhdəliklər 2025-ci ilin sonunda 1,57 milyon manata yüksəlib. Artım əsasən bank kreditləri ilə bağlı olub. Bank kreditləri 952,7 min manatdan 1,41 milyon manata çatıb.

Kapitalın həcmi isə 7,87 milyon manatdan 8,17 milyon manata yüksəlib. Bununla yanaşı, şirkət 2025-ci ildə səhmdarlara 589 min manat dividend ödəyib.

Pul vəsaitlərinin hərəkəti hesabatına görə, şirkətin əməliyyat fəaliyyətindən əldə etdiyi xalis pul axını 1,05 milyon manat olub. Lakin investisiya xərcləri və dividend ödənişləri nəticəsində ilin sonunda pul vəsaitlərinin qalığı 72,7 min manat azalıb.

MONETAR.AZ