Dövlətə məxsus nəqliyyat vasitələri hərraca çıxarılır

Dövlətə məxsus nəqliyyat vasitələri

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu gün saat 10:00-da dövlətə məxsus nəqliyyat vasitələrinin növbəti hərracı keçiriləcək.

Hərraca müxtəlif dövlət qurumlarının balansında olan 25 lot üzrə avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələri çıxarılacaq. Satışa Azərbaycan Respublikasının Fövqəladə Hallar, Müdafiə və Ədliyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Ehtiyatları Agentliyinin, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin balansında olan minik avtomobilləri, avtobuslar, mikroavtobuslar və yük avtomobilləri təqdim ediləcək.

Hərraca çıxarılan nəqliyyat vasitələri arasında IVECO, PAZ, QAZ, VAZ, UAZ, KamAZ, Chevrolet Niva, Hyundai H-1, Volkswagen Jetta, Volkswagen Passat, Volkswagen Caddy, Peugeot Partner, Nissan TeanaToyota Avalon markalı avtomobillər yer alır.

Start qiymətləri 975 manatdan başlayaraq 19 min 150 manatadək dəyişir. Hərracda iştirak üçün tələb olunan beh məbləği isə start qiymətinin 10 faizini təşkil edir.

Bildirilib ki, nəqliyyat vasitələrinin bir qismi əvvəlki hərraclarda satılmadığı və ya hərrac nəticələri ləğv edildiyi üçün təkrar hərraca çıxarılır. Bəzi lotlar 10, 25 və 50 faiz endirimlə satışa təqdim olunub.