Milyardlıq futbol imperiyaları: Dünyanın ən çox qazanan klubları

Milyardlıq futbol imperiyaları:

Dünyanın ən çox gəlir əldə edən futbol klublarının reytinqi açıqlanıb. Siyahıya İspaniyanın Real Madrid klubu başçılıq edir. Klub 2024/25 mövsümündə 1,16 milyard avro gəlir əldə edərək tarixdə ilk dəfə illik gəliri 1 milyard avronu keçən futbol komandası olub.

İkinci pillədə Barselona klubu 974,8 milyon avro gəlirlə qərarlaşıb. Almaniyanın Bavariya Münhen komandası 860,6 milyon avro ilə üçüncü, Fransanın Paris Sen-Jermen klubu isə 837 milyon avro ilə dördüncü olub.

İngiltərə Premyer Liqası maliyyə baxımından üstünlüyünü qoruyub. Reytinqdə 20 klubdan 8-i İngiltərə təmsilçisidir. İlk onluqda Liverpul, Mançester Siti, Arsenal, Mançester Yunayted, Tottenhem və Çelsi kimi klublar yer alıb.

Ən çox gəlir əldə edən ilk 10 klub:

  1. Real Madrid – 1,16 milyard avro
  2. Barselona – 974,8 milyon avro
  3. Bavariya Münhen – 860,6 milyon avro
  4. Paris Sen-Jermen – 837 milyon avro
  5. Liverpul – 836,1 milyon avro
  6. Mançester Siti – 829,3 milyon avro
  7. Arsenal – 821,7 milyon avro
  8. Mançester Yunayted – 793,1 milyon avro
  9. Tottenhem – 672,6 milyon avro
  10. Çelsi – 584,1 milyon avro

Klubların gəlirlərinin artmasında televiziya yayım hüquqları, sponsorluq müqavilələri, kommersiya gəlirləri və stadionlardan əldə olunan qazanc əsas amillərdir. Böyük futbol klubları artıq yalnız idman komandaları deyil, qlobal biznes və əyləncə brendləri kimi fəaliyyət göstərirlər.

 MONETAR.AZ