“Nadir Quliyev adına Bakı-Taxıl” ASC 2025-ci ildə mənfəətini azaldıb

“Nadir Quliyev adına Bakı-Taxıl” ASC 2025-ci ildə

“Nadir Quliyev adına Bakı-Taxıl” Açıq Səhmdar Cəmiyyəti 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb. MONETAR.AZ xəbər verir ki, şirkət hesabat ilini 138,9 min manat xalis mənfəətlə başa vurub.

Maliyyə hesabatına əsasən, 2025-ci il dekabrın 31-nə cəmiyyətin ümumi aktivləri 15 milyon 957 min 639 manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 267 min 269 manat azalıb.

Şirkətin uzunmüddətli aktivləri hesabat dövrünün sonunda 4 milyon 311 min 706 manat olub. Bu vəsaitlərin əsas hissəsini torpaq, tikili və avadanlıqlar təşkil edib. Uzunmüddətli debitor borcları isə 1 milyon 14 min 215 manat səviyyəsində qalıb.

Qısamüddətli aktivlərin həcmi 11 milyon 645 min 933 manat olub. Ehtiyatların dəyəri 9 milyon 857 min 223 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə azalma deməkdir. Pul vəsaitləri isə 242 min 455 manat olub.

2025-ci ildə “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin əsas əməliyyat gəlirləri 8 milyon 435 min 209 manat olub. 2024-cü ildə bu göstərici 9 milyon 416 min 14 manat təşkil edib.

Satışın maya dəyəri üzrə xərclər 8 milyon 139 min 253 manat olub. Nəticədə ümumi mənfəət 295 min 956 manat təşkil edib.

İnzibati xərclər 122 min 323 manat, vergiqoymadan əvvəl mənfəət isə 173 min 633 manat olub.

Şirkət 2025-ci ildə 34 min 727 manat mənfəət vergisi ödəyib və nəticədə hesabat dövrünü 138 min 906 manat xalis mənfəətlə tamamlayıb.

Müqayisə üçün, 2024-cü ildə şirkətin xalis mənfəəti 182 min 260 manat olmuşdu.

2025-ci ilin sonunda şirkətin nizamnamə kapitalı 7 milyon 827 min 380 manat təşkil edib.

Bölüşdürülməmiş mənfəətin həcmi 449 min 391 manata düşüb. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 56 min 748 manat idi.

Cəmi kapital 8 milyon 276 min 771 manat təşkil edib.

Şirkətin qısamüddətli öhdəlikləri 7 milyon 680 min 868 manat olub. Bunun 6 milyon 987 min 801 manatı faiz xərcləri yaradan öhdəliklərin, 693 min 67 manatı isə kreditor borclarının payına düşüb.

“M ənd J Konsaltinq” MMC tərəfindən aparılan audit nəticəsində bildirilib ki, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanıb.

Auditor rəyinə əsasən, şirkətin 2025-ci il dekabrın 31-nə maliyyə vəziyyəti, fəaliyyət nəticələri və pul vəsaitlərinin hərəkəti bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirilib.