Dünya enerji bazarında qiymətlərdə kəskin eniş qeydə alınıb. Avropada təbii qazın qiyməti 7,5%-dən çox ucuzlaşıb. Neft bazarında da geriləmə müşahidə olunub və “Brent” markalı xam neftin qiyməti 3%-dən çox azalıb.
Monetar.az xəbər verir ki, Böyük Britaniyada təbii qazın qiyməti 7,52%, Avropa İttifaqında isə 7,51% ucuzlaşıb.
Almaniyada təbii qazın qiymətində 4,65% azalma qeydə alınıb.
Neft bazarında da eniş davam edib. “Brent” markalı neftin qiyməti 3,01%, ABŞ xam neftinin qiyməti isə 2,92% geriləyib.
Enerji məhsulları arasında yalnız etanol bahalaşıb. Onun qiyməti 0,69% artıb.