Azərbaycan nefti ölkələrə neçəyə satılıb?

Azərbaycan nefti ölkələrə

Azərbaycanın xam neft ixracı üzrə əsas istiqamətlər və ölkələr üzrə formalaşan orta satış qiymətləri açıqlanıb.

Dövlət Gömrük Komitəsinin “XİF MN 2709 00” kodu üzrə açıqladığı rəsmi statistikaya əsasən, hesabat dövründə Azərbaycandan ümumilikdə 8 milyon 828 min 552,37 ton xam neft və xam neft məhsulları ixrac olunub, bu ixracdan 5 milyard 121 milyon 378,16 min ABŞ dolları gəlir əldə edilib.

Hesablamalara görə, Azərbaycan xam neftinin orta ixrac qiyməti təxminən 78,9 ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunan xam neft üzrə ölkələrə görə formalaşan qiymətlər aşağıdakı kimidir:

Tailand – 102,3 ABŞ dolları
Bolqarıstan – 89,2 ABŞ dolları
Yunanıstan – 87,4 ABŞ dolları
Digərləri – 86,8 ABŞ dolları
Tunis – 83,1 ABŞ dolları
Xorvatiya – 80,1 ABŞ dolları
Almaniya – 79,6 ABŞ dolları
Çexiya – 77,2 ABŞ dolları
İtaliya – 77,0 ABŞ dolları
Portuqaliya – 76,5 ABŞ dolları
Rumıniya – 73,1 ABŞ dolları

Qeyd edək ki, qiymət fərqləri əsasən logistika xərcləri, çatdırılma marşrutları və ixrac əməliyyatlarının həyata keçirildiyi dövrdə dünya bazar qiymətlərinin dəyişməsi ilə izah olunur.

MONETAR.AZ