Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,22 dollar, yaxud 5,49 faiz yüksələrək 119,54 dollara çatıb.
Bununla da Azərbaycanın əsas ixrac neft markasının qiyməti 120 dollar həddinə yaxınlaşıb.
Qeyd edək ki, “Azeri Light”ın indiyədək qeydə alınan ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.