Cəbrayıl rayonunda bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddəti daha bir il uzadılıb.
Monetar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti 14 oktyabr 2026-cı il tarixli, 337 nömrəli qərar qəbul edib.
Qərara əsasən, müddət 2021-ci il 31 may tarixli “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun tələblərinə uyğun olaraq bir il artırılıb.
Söhbət Cəbrayıl rayonunda dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilməsi barədə Nazirlər Kabinetinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə əhatə olunan ərazidən gedir.
Qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildiyi halda həmin tarixdən, müəyyən edilmiş müddətdə icazə verilmədikdə isə müddətin başa çatdığı gündən etibarən üç gün ərzində Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.