Elektrik tənzimləyici cihazların istehsalı kəskin artıb

Elektrik tənzimləyici cihazların

2026-cı ilin ilk dörd ayında Azərbaycanda elektrik avadanlıqları sektorunda bəzi məhsullar üzrə ciddi artım müşahidə olunub.

Statistik göstəricilərə görə, elektrik tənzimləyici cihazların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 58,4 faiz artaraq 1595 ədəd olub.

Sahədə ən stabil göstəricilərdən biri digər elektrik naqillərinin istehsalında qeydə alınıb. Bu məhsul üzrə istehsal ötən ilin səviyyəsini qoruyaraq 3 min 504,2 ton təşkil edib.

Anbar ehtiyatlarında digər elektrik naqilləri üzrə 218 ton hazır məhsul qeydə alınıb.

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda güc transformatorlarının istehsalında azalma müşahidə olunub.

Rəsmi məlumata görə, hesabat dövründə ölkədə cəmi 41 ədəd güc transformatoru istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünün yalnız 22,5 faizi səviyyəsində olub.

Bununla yanaşı, elektrik avadanlıqları sektorunda bəzi digər məhsullar üzrə artım qeydə alınıb. Xüsusilə elektrik tənzimləyici cihazların istehsalında yüksəliş müşahidə olunub.

MONETAR.AZ