16 oktyabr Ümumdünya Qida Günüdür

16 oktyabr Ümumdünya

Hər il oktyabrın 16-da dünyada Ümumdünya Qida Günü qeyd olunur. Günün əsas məqsədi aclıq və qida çatışmazlığına diqqət çəkmək, hər kəsin sağlam və keyfiyyətli qidaya çıxışını təmin etməkdir.

Monetar.az xəbər verir ki, 16 oktyabr 1945-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) təsis edilib. Bu tarixlə əlaqədar hər il oktyabrın 16-sı Ümumdünya Qida Günü kimi qeyd olunur.

FAO-nun əsas hədəflərindən biri dünyada aclığın aradan qaldırılmasıdır. Təşkilatın təşəbbüsü ilə gündəlikdə saxlanılan əsas məsələlərdən biri 2030-cu ilədək aclığa son qoymaqdır.

FAO-nun müraciətində bildirilir ki, dünyada təxminən 3,1 milyard insan sağlam qidaya çıxış əldə edə bilmir, 828 milyon insan isə aclıqla üzləşir.

Təşkilat aclıq və qida çatışmazlığının aradan qaldırılması üçün ölkələri və insanları səylərini birləşdirməyə çağırır. Bu problemlərin həlli insanların həyatının qorunması və gələcək nəsillərin sağlamlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.