Bu gün səhər saatlarından etibarən İstanbulda güclü yağışların yağacağı gözlənilir. Yağıntıların xüsusilə şəhərin Avropa hissəsində və şimal rayonlarında intensiv olacağı proqnozlaşdırılır.
Monetar.az xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, yağışlar cümə günü səhər saatlarından etibarən güclənəcək. Şənbə günü isə İstanbulun bütün ərazisində güclü yağıntıların qeydə alınacağı gözlənilir.
Sakinlərə oktyabrın güclü yağışların yaratdığı fəsadlar xatırladılıb. Vətəndaşlara daşqın, su basması, ildırım və torpaq sürüşməsi risklərinə qarşı diqqətli olmaq, mümkün təhlükələrə hazırlaşmaq tövsiyə edilib.