5 iyun – Ümumdünya Ətraf Mühit Günüdür

5 iyun – Ümumdünya

Hər il iyunun 5-də dünyada Ümumdünya Ətraf Mühit Günü qeyd edilir. Bu gün 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub.

Həmin sessiyada BMT sistemində yeni qurum – BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. O vaxtdan etibarən hər il UNEP-in təşəbbüsü ilə Ümumdünya Ətraf Mühit Günü müxtəlif tədbirlərlə qeyd edilir.

Bu günün təsis olunmasına 11 may 1971-ci ildə dünyanın 23 ölkəsindən 2200 elm və mədəniyyət xadiminin BMT-nin Baş katibinə ünvanladıqları müraciət səbəb olub. Onlar “Ya biz çirklənməni aradan qaldıracağıq, ya da çirklənmə bizi məhv edəcək” çağırışı ilə bəşəriyyəti ətraf mühitin qorunmasına diqqət yetirməyə səsləyiblər.

BMT Baş Assambleyasının qətnaməsində üzv dövlətlər və təşkilatlar hər il iyunun 5-i ərəfəsində ətraf mühitin mühafizəsi və yaxşılaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirməyə çağırılır.

Ümumdünya Ətraf Mühit Günü təbiətin qorunması, ekoloji problemlərin həlli və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

MONETAR.AZ