Axios: ABŞ İranın son sülh təklifini rədd edib

Axios: ABŞ İranın son

ABŞ administrasiyası İranın müharibənin dayandırılması ilə bağlı təqdim etdiyi yenilənmiş təklifi qeyri-kafi hesab edib.

“Axios” nəşrinin yüksək vəzifəli ABŞ rəsmisi və mövzuya yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Ağ Ev Tehranın təqdim etdiyi dəyişiklikləri ciddi irəliləyiş kimi qiymətləndirməyib.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Trump müharibənin dayandırılması üçün razılaşmanın əldə olunmasını istəyir. Lakin İranın bir sıra tələbləri qəbul etməməsi və nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməməsi səbəbindən Vaşinqton hərbi variantı yenidən nəzərdən keçirir.

Bildirilir ki, Trampın çərşənbə axşamı milli təhlükəsizlik komandasını Ağ Evin Situasiya Otağında toplayaraq mümkün hərbi ssenariləri müzakirə etməsi gözlənilir.

ABŞ rəsmisi qeyd edib ki, İran mövqeyini dəyişməyəcəyi təqdirdə danışıqlar “bombalar vasitəsilə” davam etdirilə bilər.

Xəbərdə vurğulanır ki, İranın yeni təklifində nüvə silahı əldə etməmək barədə öhdəliklərə daha çox yer verilsə də, uranın zənginləşdirilməsi prosesinin dayandırılması və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi ilə bağlı konkret təminatlar əks olunmayıb.

ABŞ tərəfi hesab edir ki, Tehran artıq nüvə proqramı ilə bağlı daha real və detallı danışıqlara hazır olmalıdır.

Tramp isə daha əvvəl verdiyi açıqlamada “zamanın daraldığını” bildirərək, İranın çeviklik göstərməyəcəyi halda daha sərt addımlar atılacağını bəyan etmişdi.

MONETAR.AZ