Bu gün Bakıda ilk dəfə “WUF13 NGO Forum” keçiriləcək

Bu gün Bakıda ilk dəfə “WUF13 NGO Forum” keçiriləcək

Mayın 19-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və GSNP-nin (Global South NGO Platform) tərəfdaşlığı ilə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) tarixində ilk dəfə “WUF13 NGO Forum” təşkil olunacaq.

Məlumata görə, forumun açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın iştirakı da gözlənilir.

Tədbir saat 14:00-da WUF13 ərazisində yerləşən “Dialogue Room A” zalında başlayacaq.

Forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf və vətəndaş cəmiyyətinin qlobal çağırışlar fonunda rolu ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edilib ki, tədbirdə iştirak üçün bütün qeyri-hökumət təşkilatları dəvətlidir.

MONETAR.AZ