50 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

50 nəqliyyat vasitəsi

Bu gün  19-da saat 10:00-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müxtəlif dövlət qurumlarına məxsus nəqliyyat vasitələrinin hərracı keçiriləcək.

Hərraca ümumilikdə 50 avtomobil çıxarılacaq. Siyahıda minik avtomobilləri, mikroavtobuslar və yük nəqliyyat vasitələri yer alıb.

Satışa çıxarılan avtomobillər arasında Dövlət Gömrük Komitəsinə məxsus “Toyota Camry”, “Volkswagen Passat”, “Hyundai H-1”, “Nissan”, “BMW” və “Mercedes-Benz” markalı nəqliyyat vasitələri də var.

Ən yüksək start qiyməti 13 min 500 manat olan “Mercedes Benz 516” mikroavtobusu üçün müəyyən edilib. Ən aşağı qiymət isə 1 500 manat təşkil edir.

Sifarişlər Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında qəbul edilir. Elektron sifariş vermək və nəqliyyat vasitələri ilə bağlı ətraflı məlumat almaq isə “auksion.gov.az” portalı vasitəsilə mümkündür.

Hərrac günü iştirakçıların qeydiyyatı saat 09:45-dək aparılacaq.

MONETAR.AZ