ABŞ Prezidenti Donald Tramp İranla bağlı planlaşdırılan hərbi əməliyyatın təxirə salındığını açıqlayıb.
Tramp sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Qətər Əmiri Şeyx Tamim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın müraciətindən sonra sabaha planlaşdırılan hücum həyata keçirilməyəcək.
ABŞ lideri qeyd edib ki, hazırda tərəflər arasında ciddi danışıqlar davam edir və diplomatik həll variantları müzakirə olunur.
Bununla yanaşı, Tramp vurğulayıb ki, qəbul edilə bilən razılaşma əldə olunmasa, İrana qarşı genişmiqyaslı hərbi əməliyyata dərhal başlanılması üçün göstəriş verib.
Açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub.
MONETAR.AZ