ABŞ-ın İran limanlarına tətbiq etdiyi məhdudiyyətlər çərçivəsində indiyədək təxminən 85 gəminin keçidinin dayandırıldığı və ya istiqamətinin dəyişdirildiyi bildirilir.
Məlumata görə, sözügedən gəmilər İran limanlarına daxil olmaq və ya həmin limanlardan çıxmaq üçün hərəkət edərkən ABŞ tərəfindən saxlanılıb və yoxlamaya yönləndirilib. Bu addımın İranın dəniz ticarəti və xüsusilə neft ixracına təsir göstərdiyi qeyd olunur.
Blokada qərarı regionda gərginliyin artdığı bir dövrdə tətbiq edilib. Hörmüz boğazı ətrafında vəziyyətin həssas olaraq qaldığı, qlobal enerji tədarük zəncirində risklərin artdığı bildirilir.
ABŞ rəsmiləri bu tədbirlərin məqsədinin İranın liman və dəniz ticarəti fəaliyyətlərini məhdudlaşdırmaq olduğunu vurğulayır. Tehran isə məsələyə dair danışıqların müxtəlif vasitəçilər üzərindən davam etdiyini açıqlayıb.
Qeyd edək ki, son dövrlərdə regionda enerji infrastrukturlarına edilən hücumlar və hərbi-siyasi gərginlik qlobal neft bazarlarında qiymət dəyişkənliyini artırıb.
MONETAR.AZ