Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitala baş çəkib

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitala

Martın 24-də Müdafiə Nazirliyinin rəhbərliyi qurumun Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçuları ziyarət edib.

Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə hospitalın ərazisində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və onun xatirəsi ehtiramla yad edilib.

Nazirliyin rəhbərliyi müalicə alan hərbi qulluqçuların səhhəti ilə maraqlanıb, onlara tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Hərbi qulluqçulara göstərilən qayğı və yüksək peşəkarlığa görə tibb heyətinə təşəkkür ifadə olunub.

Öz növbəsində hospitalın kollektivi və müalicə alan hərbi qulluqçular yaradılmış şərait və hərtərəfli diqqətə görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.