Ərdoğan: Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata çalxalanma yaratdı

Ərdoğan: Hörmüz boğazının bağlanması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz Boğazı ilə bağlı mühüm açıqlamalar verib.

Ərdoğan bildirib ki, Hürmüz Boğazı dünya enerji ticarətinin təxminən 20%-ni təşkil etdiyindən, onun bağlanması qlobal iqtisadiyyatda ciddi çalxalanma yaradıb. 28 fevraldan bəri Brent neftin bir barrel qiyməti təxminən 40% artıb. O, bəzi ölkələrin yanacağa məhdudiyyət qoymaq və məktəbləri bağlamaq kimi tədbirlərə əl atdığını qeyd edib.

Prezident həmçinin İran mərkəzli münaqişənin iqtisadi fəsadlarının günbəgün böyüdüyünü və beynəlxalq ictimaiyyətin savaşın dayandırılması çağırışlarını sürətləndirdiyini vurğulayıb. Ərdoğan bildirib ki, Türkiyə bölgədəki “atəş çemberi”ndən kənarda qalmaqda qərarlıdır və region ölkələri arasında savaşın yıpratma müharibəsinə çevrilməsini istəmir.

Ərdoğan qeyd edib ki, neft qiymətlərindəki ani artım Türkiyə iqtisadiyyatına təsir edib, lakin vətəndaşları qorumaq üçün  tədbirlər həyata keçirilib. O, Türkiyə iqtisadiyyatının hazırkı dayanıqlıq səviyyəsinin tarixində ən yüksək olduğunu bildirib.

Bundan əlavə, Ərdoğan bayram dövründə İstanbul Hava limanının 874 min, bütün hava limanlarının isə 2 milyon 531 min sərnişinə xidmət verdiyini, dəmir yolu ilə səyahət edənlərin sayının isə 2 milyon 490 min olduğunu açıqlayıb. O, həmçinin 182 yeni təşkil olunmuş sənaye zonası və 85 yeni texnopark ilə ölkənin istehsal infrastrukturunun gücləndirildiyini qeyd edib.

Ərdoğan sözlərini belə yekunlaşdırıb: “Dünya barışı və sabitliyinə önəm verən heç bir ölkə bundan sonra İsrailin bölgədə yaratdığı haqsız gərginliyə odun daşımamalıdır.”

MONETAR.AZ