ABŞ Prezidenti Donald Tramp 24 mart 2026-cı il tarixində İranla aparılan danışıqlar və regiondakı hərbi əməliyyatlarla bağlı mühüm açıqlamalar verib.
Tramp bildirib ki, İranla aparılan danışıqlarda tərəflər arasında razılığa gəlinib və Tahran heç bir halda nüvə silahına sahib olmayacaq. O, həmçinin İranla “doğru şəxslərlə” görüşdüklərini və Tahran rəhbərliyinin daha məntiqli bir mövqe sərgiləməyə başladığını qeyd edib.
Hərbi əməliyyatlarla bağlı Tramp vurğulayıb ki, ABŞ qüvvələri böyük uğurlar əldə edib və İranın hərbi və siyasi potensialı ciddi şəkildə zəifləyib. Onun sözlərinə görə, İranın mövcud rəhbərlik strukturu demək olar ki, ortadan qalxıb və ABŞ sahədə üstünlük əldə edib.
Tramp həmçinin yeni bir liderlik qrupunun İran daxilində ortaya çıxdığını və bu prosesin izlənəcəyini söyləyib. O, açıqlamalarında “rejim dəyişikliyi” ifadəsini də işlədərək mövcud inkişafların İranın siyasi strukturunu dəyişdirdiyini bildirib.
Hörmüz Boğazı ilə bağlı da fikirlərini paylaşan Tramp İranın ABŞ-a iqtisadi baxımdan yüksək dəyərə malik bir “hədiyyə” verdiyini iddia edib. Bölgədəki müttəfiq ölkələrdən danışan Trump Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin İran məsələsində mükəmməl iş gördüyünü vurğulayıb.
Eyni zamanda ABŞ daxilində federal büdcə məsələlərinə də toxunan Tramp hökumətin bağlanmasının qarşısını almaq üçün aparılan danışıqlarda irəliləyiş olduğunu və Konqresdə razılığa yaxınlaşdıqlarını qeyd edib.
Bu açıqlamalar həm hərbi, həm də diplomatik baxımdan ABŞ-İran münasibətlərində kritik bir dövrün başladığını göstərir.
MONETAR.AZ